«Azercell» «MobilMetro» adlı xidmət növünü təqdim edib

03-10-2010 / 14:27

 «Azercell Telecom» şirkəti müştərilərə «MobilMetro» adlı daha yeni bir xidmət növünü təqdim edib.

Bu xidmət növündə «Azercell» abunəçiləri 9905, 9903, 9901 nömrələrinə qısa SMS göndərməklə metrodan keçid haqqı qazanacaqlar.

Müştəri 9905 nömrəsinə qısa SMS göndərməklə metrodan 5 keçid, 9903 nömrəsinə qısa SMS göndərməklə metrodan 3 keçid və 9901 nömrəsinə qısa SMS göndərməklə metrodan 1 keçid əldə edə bilər.

9901 nömrəsinə göndərilən hər bir mesajın qiyməti 99 kontur, 9903 göndərilən mesajın qiyməti 295 kontur, 9905 göndərilən mesajın qiyməti isə 490 konturdur.

Qeyd edək ki, bu xidmətdən istifadə etmək üçün mobil telefonda WAP/WEB internet xidməti aktiv olmalıdır. Telefondan metro keçidində istifadə edərkən ekranın yanılı vəziyyətdə olması vacibdir.

Xatırladaq ki, bu xidmətdən istifadə üçün metro stansiyalarının keçidində xüsusi qurğular da quraşdırılıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə