«Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək» treninqlərinin birinci mərhələsi başa çatıb

26-08-2008 / 11:58

Multimedia Mərkəzi tərəfindən  «Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək» Layihəsi çərçivəsində keçirilən Treninqlərin birinci mərhələsi başa çatıb.

Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Bu mərhələdə keçirilən sonuncu Treninqin mövzusu Jurnalistlərin mobil texnologiyalardan səmərəli və effektiv istifadəsinə həsr olunub.

Treninqdə Mobil internet resursları üzrə mütəxəssis, Wapxana resursunun sahibi  Rəşad Əliyev  «Mobil internet; Mobil resurslardan effektiv istifadə qaydaları; Wap resurslar; WAP xəbər  saytları; WAP –dan jurnalistikada istifadə; Mobil telefonla  xəbər  axtarışı; Mobil təhlükəsizlik mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını  maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib.

Növbəti Qruplar üzrə  Treninqlər cari ilin oktyabr ayında keçiriləcək. Hazırda  bu treninqlərdə iştirak etmək istəyən Jurnalistlərin qeydiyyatına  başlanılıb.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə