«Unibank» xüsusi telefon xidmətini istifadəçilərə təqdim edib

09-09-2009 / 14:24

\"Unibank\" Kommersiya Bankı xüsusi 117 Xidmətini - Məmnun müştərilər telefon mərkəzini istifadəçilərə təqdim edib.Bu haqda bankdan verilən məlumatda bildirilir.

Telefon mərkəzi işgüzar adamlar daxil olmaqla, öz maliyyə məsələlərinin kompleks şəkildə həll edilməsi zamanı vaxta qənaət etməyə üstünlük verən bütün müştərilər üçün açılıb. 117 xidmətinin başlıca üstünlüyü maliyyə bazarları üzrə peşəkar mütəxəssislərin vasitəsilə keyfiyyətcə yeni xidmətin göstərilməsidir.

Artıq \"Unibank\"ın mütəxəssisləri və menecerləri yalnız suallara cavab verməyəcək, eləcə də müştərilərin öz irad və istəklərini bildirdiyi halların daxil olması şərti ilə yaranan problemlərin kompleks şəklində həllinə yardım göstərəcəklər. Müştərilərin fikirlərini dəyərli hesab edərək, \"Unibank\" onların hər birinə bank xidmətlərinin keyfiyyətinə müsbət təsir etmək imkanı verir. Telefon mərkəzinin üstünlüklərindən biri də müştərilərlə aparılan söhbətlərin tam məxfi olmasıdır.

Hər bir kəs 117 Xidmətinə müraciət edərək, bank tərəfindən göstərilən xidmətlər və təklif olunan məhsullar haqqında məhz peşəkar məsləhətlər alacağına arxayın ola bilər.

Qeyd etmək lazımdır ki, 117 nömrəsi üzrə telefon mərkəzi ilə ölkənin bütün telefon abonentləri əlaqə saxlaya bilərlər - mobil telefonlardan 994-012 kodunun yığılması, Bakıdan başqa bütün şəhər və qəsəbələrdən isə 012 şəhərlərarası rabitə kodunun yığılması şərti ilə.

Məlumat üçün bildirək ki, Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANKın (1994) birləşməsi nəticəsində yaranmışdır.Hal-hazırda bu bank Azərbaycanın ən etibarlı banklarından biri kimi nüfuz qazanıb. Bankın son zamanlar fəaliyyətində gənclərə dəstək verən layihələrdə iştirakı təqdirəlayiq haldır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə