«Azercell»in abunəçi bazasının artım tempi kəskin azalıb

12-02-2011 / 10:21

Son illər ərzində Azərbaycanın «Azercell Telecom» mobil rabitə operatorunun abunəçi bazasının artım tempi üzrə mənfi dinamika müşəhidə olunur.

Şirkətin abunəçilərinn artımı tempi üzrə ən yüksək göstərici 2004-cü ildə, ən aşağı göstərici isə 2010-cu ildə qeydə alınıb. Belə ki, əgər 2004-cü ildə abunəçilərin illik artım tempi 43,5% təşkil etmindirsə, 2005-ci ildə artım tempi 30,4%, 2006-cı ildə – 36,8%, 2007-ci ildə – 28,6%, 2008-ci ildə – 16,7%, 2009-cu ildə – 10%, 2010-cu ildə isə 9,3% olub. Göründüyü kimi, son 7 ildə şirkətin abunəçilərinin sayının 3,2 dəfə artmasına baxmayaraq, abunəçi bazasının artım tempi 4,7 dəfə azalıb.

Qeyd edək ki, hazırda «Azercell»in rabitə şəbəkəsi əhalinin 99,9%-ni, ölkə ərazisinin isə 80%-ni əhatə edir. Xatırladaq ki, «Azercell» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 4,2 mln.-dan artıq abunəçisi var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.