«Azercell Telecom» şirkəti Bakıda yeni Express-ofis açıb

28-11-2008 / 12:52

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Bakıda növbəti «Azercell Express» ofisini abonentlərinin istifadəsinə verib.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunun 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən yeni mərkəzin açılış mərasimində «Azercell»in prezidenti Halim Ateş iştirak edib.
H.Ateş çıxışında qeyd edib ki, «Azercell Express» ofislərinin açılmasında əsas məqsəd «Azercell»in abonentlərinə daha keyfiyyətli və operativ xidmət göstərməkdir: «Həmin ofislərə müraciət edən abonentlərimiz bir nöqtədə bütün işlərini görə bilirlər. Burada abonentlərə «Azercell» səviyyəsində xidmət göstərilir».

H.Ateş həmçinin bildirib ki, Bakıda açılan yeni «Azercell Express» ofisi 1 nöqtədə 3 xidmət konsepsiyası əsasında işləyəcək. Yəni, belə ofisə gələn abonent eyni anda üç xidmətdən yararlana bilər. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.