«Bakcell» şirkəti yeni tariflər portfelini təqdim edib

15-03-2013 / 13:33
Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et" məhsul fəlsəfəsi ilə özünün "Klass" subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edib.
 
"APA-Economics"in məlumatına görə, təqdimat mərasimində çıxış edən "Bakcell" şirkətinin baş marketinq direktoru Aynur Abjanova qeyd edib ki, şirkət yeni "Klass" tariflərini mobil rabitənin bütün imkanlarından istifadə edib daim ünsiyyətdə qalan, rahatlıq və keyfiyyəti sevən insanlar üçün yaradıb: "Yeni "Klass" ilə siz dəqiqə və ya 1 meqabaytın qiyməti və yaxud nömrənizin balansı barədə artıq düşünməyəcəksiniz. Sadəcə, ehtiyaclarınıza uyğun olan yeni "Klass" tarifini seçin və telefonunuzun bütün imkanlarından yararlanın - danışın, SMS yazın və internetdən istifadə edin".
 
Yeni portfel aylıq danışıq, mesajlaşma və mobil internet ehtiyaclarından asılı olaraq müxtəlif qrup abunəçilər üçün nəzərdə tutulmuş üç tarif planından ibarətdir - "Klass L", "Klass XL" və "Klass XXL". "Klass L" tarif paketinin istifadəçiləri ayda 5 manat ödəyib 100 ölkədaxili dəqiqə, 100 ölkədaxili SMS və 100 MB internet trafikindən faydalanacaq. "Klass XL" abunəçiləri ayda 10 manat ödəyib 250 ölkədaxili dəqiqə, 250 ölkədaxili SMS və 250 MB internet trafiki, "Klass XXL" abunəçiləri isə ayda 25 manat ödəyib 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki əldə edir.
"Cin" abunəçiləri USSD kodunu yeni "Klass" tariflərinin birinə qoşula bilər. "Klass L" üçün *205#YES, "Klass XL" üçün *215#YES, "Klass XXL" üçün isə *230#YES kodu yığılmalıdır.
 
"Klass" abunəçiləri yeni tarifə keçmək üçün "Bakcell" Xidmət Mərkəzinə gəlib pulsuz yeni SİM-kart əldə edə bilər. Yeni "Klass" tarifinə keçmək istəməyən "Klass" abunəçiləri cari tarifdən istifadə etməkdə davam edə bilər.
Qeyd edək ki, "Bakcell" 1994-cü ildən etibarən fəaliyyət göstərir. Hazırda şirkətin 2,6 mln-dan artıq aktiv abunəçisi mövcuddur ki, onların təxminən 80%-i "Cin" tarif paketindən istifadə edir.

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.