«Facebook» «Google»ni geridə qoydu

19-09-2010 / 14:09

ABŞ-da Facebook Googleni geridə qoyub. İnformasiya araşdırmaları edən comScorenin məlumatlarına görə, ABŞ-lı internet istifadəçiləri Facebook-dan Google-yə nisbətən daha çox istifadə edirlər. Artıq istifadəçilər Google-ın ödənişsiz Youtube, e-poçt, axtarış ya da xəbər xidmətləri yerinə birbaşa Facebook-a üz tuturlar.

ComScore araşdırmasına görə, ümumilikdə amerikalı internet istifadəçiləri bu ilin avqust ayında Facebook səhifələrində 41,1 milyon dəqiqə keçirib. Google qrupuna bağlı bütün xidmətlərdə keçirilən müddət 39,8 milyon dəqiqə olduğu halda, Yahoo 37,7 milyon dəqiqəylə bu siyahıda üçüncü olub.

Qeyd edək ki, Facebook dünyanın ən məşhur sosial şəbəkəsidir və 500 milyondan çox istifadəçisi var.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.