«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009 / 16:02

Avqustun 31-də ölkənin əsas internet provayderi Delta Telekom elan edib ki, sentyabrın 1-dən Azərbaycanda internet qiymətləri 3 dəfə aşağı düşür. Lakin çox təəssüf ki, məsələ heç də internet istifadəçilərinin gözlədiyi kimi olmadı.Çünki bəzi provayderlərə qiymət endirmi müşahidə olunmadı.

Delta Telekom şirkətinin texniki direkoru Rahid Ələkbərli isə deyir ki, istifadəçilər aşağı qiymətlə internet istəyirlərsə, hələ gözləməlidirlər:

- Qiymət endi deyildisə, internet istifadəçiləri sabahdan gedib provayderlərdən aşağı qiymət tələb etməməlidir. Çünki buna müəyyən vaxt sərf edilməlidir. İstifadəçilər və provayderlər arasında olan resurslar genişləndirilməlidir, sürətin artırılması prosesləri getməlidir.

Sentyabrın 1-dən elan olunan yeni qiymətlərə görə, provayderlər Delta Telecom-dan aldıqları 1 MB/san internet üçün təxminən 110 manat ödəyəcəklər. Əvvəl bu qiymət 275 manat idi.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələyə münasibət bildirərək deyib ki, qiymətin enməsi üçün əsas provayder Delta Telekom qiymətləri salmalıdır:

- Qiyməti salan Delta Telekom-dur. Yəni, bu şirkət topdansatışla məşğuldur. İkinci dərəcəli provayderlər ondan ucuz alsalar, onlar da qiyməti endirəcəklər. Məsələ ondadır ki, Delta Telekom bunu hamıya tətbiq etmir. Həcmi çox alan provayderlər üçün qiyməti salır. Böyük provayderlər buna hazırdır, kiçiklərsə yox. İndi biz gözləyirik ki, böyük provayderlər çox alıb ucuz satsınlar, rəqabət də onda olacaq.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.