«Twitter»də son 2 ayda 30 milyon insan qeydiyyatdan keçib

03-11-2010 / 13:01

2010-cu ilin sentyabr-oktyabr ayları ərzində Twitter sosial şəbəkəsində qeydiyyatdan keçən şəxsləri sayın düz 30 milyon artıb. Hazırda Twitter saytından 175 milyon adam istifadə edir.

Xeberler.az «The New York Times»a istinadən xəbər verir ki, bu şəbəkədən ümumilikdə 175 milyon adam istifadə edir. Bu ilin sentyabrında rəqəm təxminən 145 milyon idi. 2009-cu ildə isə Twitter-də cəmi 58 milyon üzv var idi. 2011-ci ildə Twitter üzvlərinin sayının 200 milyon nəfərə çata biləcəyi güman edilir. Twitter sosial şəbəkəsi 2007-ci ildən fəaliyyətdədir. Onun xidmətindən yalnız adi insanlar deyil, Rusiya prezidenti Dmitri Medvedev, ABŞ-ın dövlət başçısı Barak Obama və sair bu kimi şəxslər də istifadə edir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.