«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlər təqdim edib

04-08-2009 / 14:33

«UniBank» müştərilərinə SMS məlumatlandırılması sahəsində yeni xidmətlərini  təqdim edib.Əgər Siz öz xərclərinizə nəzarət etmək, daim Unibank-dakı yeni xidmət və aksiyalar haqqında xəbərdar olmaq və vaxtı vaxtında müqavilələrinizin müddətinin bitməsi haqqında məlumatı əldə etmək istəyirsinizsə, biz Sizə sms məlumatlandırma xidmətindən istifadə etməyi təklif edirik. Ayda sadəcə 5 manat ödəyib bu xidmətə qoşulmaqla, Siz gündəlik olaraq:

Hesabınızdakı qalıq pul
Hesabınızdakı əməliyyatlar
AMB valyuta məzənnələri
haqqında məlumatları alırsınız.

Bundan əlavə, bu xidmət daxilində Siz tamamilə pulsuz, bir neçə gün əvvəlcədən:
Bankın keçirdiyi aksiyalar
Əmanətinizin müddətinin bitməsi
Plastik kartınızın müddətinin bitməsi
Kredit borcunuz və hesablanmış faizlərin ödənilməsi tarixi
Kredit müddətinizin bitməsi
haqqında məlumatları əldə edə bilərsiniz.

Bu xidmətdən istifadə etmək üçün, Siz sadəcə olaraq xüsusi ərizə formasını doldurub xidmət haqqını ödəməlisiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.