«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009 / 19:13

Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankı (SKB) veb-saytın yeni versiyasını istifadəyə verib.

Bankın baş ofisindən APA-ya verilən məlumata görə, müasir texnologiya əsasında hazırlanmış saytda bankın bütün xidmətləri, o cümlədən kredit, depozit, pulköçürmə sistemləri, SMS-məlumatlandırma, bank haqqında və digər bank xidmətləri ilə bağlı məlumatlar yerləşdirilib.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 9 filialı mövcuddur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.