1-ci peykə qoyulan xərclər nə vaxt ödəniləcək?

18-01-2018 / 13:13

Son zamanlar 2-ci telekommunikasiya peykinin - Azerspace-2-nin orbitə çıxarılacağı ilə bağlı 3 ildən çox davam edən hazırlıqların başa çatmaq üzrə olduğu bildirilir.

Bəs görəsən 1-ci peykdən, Azerspace-1-dən gözləntilər hansı vəziyyətdədir?

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, Azərkosmos, Azerspace-1 peykinin orbitə çıxarılmasına təxminən 250 milyon dollar vəsait sərf edilib:

“Bunun 15%-i, yəni təxminən 35 milyon dolları büdcə vəsaitidir. Ötən il verilən hesabata görə, Azərkosmos 1-ci peykdən ötən 4 il ərzində 50 milyon dollar vəsait əldə edib. Peykin ömrünün başa çatmasına isə artıq 10 il qalıb. Deməli, qarşıdakı bu müddətdə Azərkosmos ən azı 200 milyon dollar qazanmalıdır ki, xərclər ödənilsin”.

Onun sözlərinə görə, əgər 4 ildə 50 milyon vəsait qazanılıbsa, qarşıdakı 10 ildə 200 milyon qazanmaq biraz sual altındadır.

Ekspert deyib ki, Azərkosmos rəsmiləri bir neçə dəfə bildiriblər ki, peykin bütün istismarı müddətində 500-600 milyon dollar qazanacaq:

“Ümid edirik ki, onlar dediyi kimi olar. Hazırda görünən budur ki, Azərkosmos elə kosmik sürətlə də işləməlidir ki, xərcləri çıxardıb, gəlir götürə bilsin”.

Osman Gündüz onu da əlavə edib ki, rəqabətin kəskin olduğu peyk bazarında Azerspace-2-nin resursları üçün də yeni müştərilər tapmaq, ən azı kreditləri qaytarmaq lazımdır.


Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə