1 milyondan çox Android telefon təhlükədədir

11-11-2016 / 13:53

Android mobil əməliyyat sistemi ilə işləyən 1 milyondan çox smartfon Google Play internet mağazasında yayılmış "Android.MulDrop.924" troyanına yoluxub.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən bildirir ki, Doktor Veb şirkətinin analitiklərinin məlumatına görə, zərərli proqram təminatı istifadəçidən xəbərsiz tətbiqlər yükləyir, onları quraşdırmağı təklif edir, zəhlətökən reklam göstərir.

Qeyd edilir ki, zərərli proqram təminatı eyni anda oyun və başqa tətbiqlərdə bir neçə hesabdan istifadəyə imkan verən "Multiple Accounts: 2 Accounts"  proqramında aşkar edilib. Sözügedən tətbiq öz funksiyalarını yerinə yetirsə də, amma cihaza zərər  vurur.

Troyan, hər şeydən əvvəl, istifadəçidən xəbərsiz kənar proqramlar yükləyir. Mobil internetdən istifadə zamanı kifayət qədər çoxlu pul xərclənir. Bundan başqa, zərərli proqram zəhlətökən reklam göstərir. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.