1.6 milyon istifadəçinin şəxsi məlumatı oğurlanıb

07-12-2017 / 12:01

PayPal şirkəti satın aldığı şirkətdə kiber hücum nəticəsində 1.6 milyon istifadəçinin şəxsi məlumatının ələ keçirildiyi barədə xəbərdarlıq edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, PayPal TIO Networks əməliyyatlarını dayandırıb.

Qeyd edək ki, fevralda PayPal tərəfindən 238 milyon dollara satın alınan TIO Networks istifadəçilərə rəqəmsal olaraq ödəmə imkanı verir.

Məlumata görə, TIO şəbəkəsini analiz edən PayPal mütəxəssisləri istifadəçilərin ad, ünvan, sosial təhlükəsizlik nömrələri və istifadəçi giriş məlumatlarının hakerlərin əlinə keçə biləcəyini aşkar edib.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.