10 ildə YouTube necə dəyişdi?

16-10-2015 / 16:17

PayPal-ın keçmiş əməkdaşları olan Chad Hurley, Steve Chen və Jawed Karim 2005-ci ildə video yükləyib paylaşa biləcəyimiz bir sayt yaratmaq qərarına gəldilər. İlk dəfə “youtube.com” domeni fevralın 14-də aktivləşdi. İlk video isə aprel ayında yükləndi.

10 ildir ki, fəaliyyət göstərən YouTube–da bu günə kimi bir çox dəyişikliklər olub.

Xeberler.az olaraq bu illər ərzində YouTube–da olan dəyişiklikləri araşdırdıq.

2005-ci ildə yaradılan YouTube  videoları yükləmək, paylaşmaq və digər videoları izləmək kimi funksiyaları özündə birləşdirirdi. YouTube-a yüklənən video isə "Me at the zoo" adlanırdı.

2006-cı ildə Google şirkəti YouTube-u 1.65 milyard dollara aldı və sayt daha çox izləyiciyə sahib oldu. Hətta YouTube-un  adını dəyişib “GooTube” olacağı kimi fikirlər yarandı.

2007-ci ildə məşhur televiziya proqramları YouTube-la əməkdaşlıq etməyə başladı. Artıq video qoyarkən həmin video haqqında fikirlər yazmaq mümkün idi. Həmçinin, bu ildə saytın bəzi ölkələrdə lokallaşdırılmış versiyaları ilə artıq mövcud idi.

2008-ci ildə YouTube-un mobil versiyası istifadəyə verildi və HD keyfiyyətli videoların yerləşdirilməsi funksiyası əlavə edildi.

2009-cu ildə YouTube -a  konsert və filmlərin videosu əlavə edildi və “Youtube direct”  funksiyası aktivləşdi.

2010-cu ildə YouTube dizaynında müxtəlif dəyişikliklər etdi. Həmçinin, Google və Facebook-dan sonra ən çox ziyarət olunan sayt olmağı bacardı.

2011-ci ildə  Google+ sosial şəbəkəsi  YouTube ilə birbaşa inteqrasiya edildi.

2012-ci idə Gangnam Style YouTube videoları arasında rekorda imza ataraq 1 milyarddan çox insan tərəfindən baxılıb.

2013-cü ildə YouTube loqosunu dəyişdi.

2014-cü ildə YouTube yeni funksiyasını təqdim etdi. Yeni funksiya müəyyən xüsusiyyətlərinə görə oxşayan videolardan ibarət hazır siyahılar təqdim edir.

2015-ci ildə  bir çox istifadəçi üçün sevindirici olan yenilik edildi. Bu yenilik vasitəsilə siz artıq videolara ardıcıl olacaq baxa, musiqilərə qulaq asa bilərsiniz.  Bu ildə olan yeniliklərdən biri isə YouTube loqosunda hansı ölkədən daxil olduğunu göstərməsi idi. Həmçinin, 4K keyfiyyətli videolara baxmaq mümkün oldu.

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.