100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

24-01-2018 / 12:53

1987-ci ildə hələ 31 yaşındaykən o, dünyanın ən gənc milyarderi idi. Lakin hazırda övladları illər ərzində 100 dəfə artan bu sərvəti əldə edə bilməyəcək.

Söhbət 62 yaşında olan Bill Gates-dən gedir.

Hazırda onun sərvətinin 90 ilə 100 milyard dollar arasında olduğu təxmin edilir.

Xeberler.az The Sunday Times-ın məlumatına istinadən bildirir ki, zəngilər siyahısına görə Gates-in sərvəti 97 milyard dollardır.

Bloomberg isə milyarder siyahısında onun sərvətinin 93,9 milyard dollar olduğunu qeyd edib.

Bill Gates illər ərzində artan sərvətininin uşaqlarına təhvil verməyəcəyi açıqlaması ilə yenidən gündəmə gəlib. 

Bill və Melinda Gatesüç övladı: Jennifer, Phoebe və Rory-yə sərvət vermək yerinə, onların mümkün olan ən yaxşı təhsili almalarını təmin edəcək.

Gates mirasla bağlı açıqlamasında qeyd edib ki, uşaqları çox yaxşı təhsil alacaq və  kasıb qalmamaq üçün pulları olacaq.

“Uşaqlara böyük bir sərvət qoymaq onlar üçün yararlı deyil. Onlar mirasa görə öz yollarını seçib, yeni bir şey etmək istəməyə bilər. Bizim sərvətimiz yoxsullara kömək etmək üçün istifadə ediləcək. Övladlarım da bunu bilir və qürur duyurlar".

Gates uşaqlarının öz sərvətlərini qurmasını istəyir. Ataları da bunun üçün yaxşı örnəkdir.

 Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.