128 təhsil müəssisəsinə sürətli internet çəkilib- Siyahı

21-09-2016 / 10:16

Məlum olduğu kimi, atıq yeni tədris ili başlayıb.

Xeberler.az olaraq orta məktəblərdə internet xidmətləri və keyfiyyəti ilə maraqlandıq.

Hazırda Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında “Təhsil müəssisələrinin korporativ İnternet və İntranet şəbəkələrinə çıxışının təmin edilməsi” məqsədi ilə razılaşmaya əsasən AzEduNet MMC-nin maliyyəsi hesabına Respublika ərazisində yerləşən təhsil müəssisələrinə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə qoşulması məqsədi ilə fiber-optik xətlər çəkilir.

Bu barədə sorğumuza cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, fiber-optik xətlər təhsil müəssisələri ilə yanaşı, yaxın ərazilərdə yerləşən evlərə də çəkilir. Beləliklə də təhsil müəssisələrində təhsil alan şagird və müəllimlər internet və ATŞ-nin imkanlarından evlərində də bəhrələnə bilirlər.

Məlumatda bildirilir ki,  bu modelin tətbiqi dövlət qurumu və özəl sektorun uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər və gələcəkdə təhsil müəssisələrinin aylıq abunə haqlarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq.

Bildirilib ki, hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) 2239 (fiber-optik qoşulma üzrə 128,  simsiz qoşulma üzrə 561, ADSL qoşulma üzrə 1550) təhsil müəssisəsi qoşulub. Bakı şəhərində 51 ümumi təhsil müəssisəsi fiber-optik bağlantı ilə ATŞ-yə qoşulub (siyahı əlavə olunur). Hazırda fiber-optik bağlantı ilə ATŞ-yə qoşulan ümumi təhsil müəssisələrinin 29-u regionlarda yerləşir (siyahı əlavə olunur).

Nazrilikdən qeyd edilib li, 2008-ci ildə təhsil müəssisələrinin korporativ şəbəkəyə qoşulması və internetə çıxışının təmin edilməsi məqsədilə Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) yaradılıb və  ATŞ AzEduNet şirkəti tərəfindən dəstəklənir.

ATŞ-də texnologiyalar sahəsində dünya liderləri olan Cisco, ZyXEL, HP və digər şirkətlərin avadanlıqlarından və həllərindən istifadə edilir.

AzEduNet MMC-nin Cisco Premier Partner, ZyXEL Silver System Integrator və digər şirkətlərlə partnyorluq statusları var.

AzEduNet MMC nəzdində Cisco şirkəti tərəfindən sertifikatlaşdırılmış sistem inteqrasiyası üzrə mühəndislər çalışır və şirkətə 2015-ci ildə Britaniya Standartlaşdırma İnstitutunun informasiya texnologiyaları sektorunda keyfiyyət zəmanəti verən İSO 20 000 sertifikatı verilib.

Təhsil Nazirliyi bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Aztelekom, BTRİB, Məlumat və Hesablama Mərkəzi ilə əməkdaşlıq edir.

 

Bakı üzrə fiber-optik xətt vasitəsi ilə ATŞ-yə qoşulmuş  
ümumi təhsil müəssisələri
 
S/s
Təhsil müəssisəsinin adı
1
"Ankara məktəbi" məktəb-liseyi
2
132-134 nömrəli təhsil kompleksi
3
276 nömrəli tam orta məktəb
4
A.S.Makarenko Adına Humanitar Fənlər Təmayüllü Respublika Internat Tipli Gimnaziya
5
Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi
6
Azərbaycan Milli Konservatoriyası Nəzdində İncəsənət Gimnaziyası
7
Bakı Avropa Liseyi
8
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi
9
Bakı Türk Anadolu liseyi
10
Binəqədi rayon M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb
11
Binəqədi rayon R.Əliyev adına 3 nömrəli tam orta məktəb
12
Fizika-Riyaziyyat və Informatika təmayüllü lisey
13
Heydər Əliyev adına lisey
14
İltifat Hacıyev Adına "Tərəqqi" texniki-humanitar lisey
15
İlyas Əfəndiyev Adına Elitar Gimnaziyası
16
Nərimanov rayon 291 nömrəli Ekologiya liseyi
17
Nərimanov rayon Alı Mustafayev adına 202 nömrəli tam orta məktəb
18
Nəsimi rayon 151 nömrəli tam orta məktəb
19
Nəsimi rayon A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəb
20
Nəsimi rayon A.S.Laginov adına 8 nömrəli tam orta məktəb
21
Nəsimi rayon E.Tağızadə adına 164 nömrəli tam orta məktəb
22
Nəsimi rayon İlqar Əbülhəsənov adına 42 nömrəli tam orta məktəb
23
Nəsimi rayon Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb
24
Nəsimi rayon Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb
25
Nəsimi rayon Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb
26
Nizami rayon 62 nömrəli məktəb-lisey
27
Nizami rayon Eldar Quliyev adına 145 nömrəli tam orta məktəb
28
Nizami rayon Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-lisey
29
Nizami rayon Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəb
30
Nizami rayon Namiq Həmzəyov adına 238 nömrəli tam orta məktəb
31
Sabunçu Rayon 309 nömrəli tam orta məktəb
32
Səbail Rayon 160 nömrəli Klassik gimnaziya
33
Səbail rayon 189-190 nömrəli tam orta məktəb
34
Səbail rayon M.Rahim adına 7 nömrəli tam orta məktəb
35
Səbail rayonunu 329 nömrəli tam orta məktəb
36
Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-lisey
37
Suraxanı rayon 327 nömrəli tam orta məktəb
38
Suraxanı rayon R.Ənnaağıyev adına 141 nömrəli tam orta məktəb
39
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
40
Xətai Rayon 24 nömrəli tam orta məktəb
41
Xətai Rayon 98 nömrəli tam orta məktəb
42
Xətai rayon 245 nömrəli tam orta məktəb
43
Xəzər rayon İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəb
44
Yasamal rayon 158 nömrəli tam orta məktəb
45
Yasamal Rayon A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey
46
Yasamal rayon C.Cabbarlı adına 161 nömrəli tam orta məktəb
47
Yasamal rayon İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəb
48
Yasamal rayon M.Müşfiq adına 18 nömrəli tam orta məktəb
49
Yasamal rayon R.D.Nəzərov adına 60 nömrəli tam orta məktəb
50
Yasamal rayon Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəb
51
Yasamal rayon Telman Abbasov adına 225 nömrəli tam orta məktəb

 

Rayonlar üzrə fiber-optik xətt vasitəsi ilə ATŞ-yə qoşulmuş ümumi təhsil müəssisələri
 
S/s
Rayon
                               Təhsil müəssisəsinin adı
1.
Ağdaş
Ağdaş şəhər Səməd Vurğun adına 1 nömrəli tam orta məktəb
2.
Ağstafa
Ağstafa Şəhər texniki-humanitar təmayüllü lisey
3.
Gəncə
Gəncə Şəhər 27 nömrəli Fizika-Riyaziyyat və informatika təmayüllü Lisey
5.
İsmayıllı
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəb
6.
Lənkəran
Lənkəran şəhər Ş.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəb
7.
Oğuz
Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli tam orta məktəb
8.
Quba
Quba Şəhər Azad Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey
9.
Şamaxı
Şamaxı Avropa liseyi
10.
Şamaxı
Şamaxı şəhər 10 nömrəli orta məktəb
11.
Şamaxı
Şamaxı şəhər E.Hüseynov adına 2 nömrəli tam orta məktəb
12.
Şəmkir
Şəmkir şəhər N.Gəncəvi adına orta məktəb
13.
Şirvan
Şirvan Şəhər B.Aslanov Adına 16 nömrəli tam orta məktəb
14.
Şirvan
Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb
15.
Şirvan
Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəb
16.
Sumqayıt
Sumqayıt şəhər 8 nömrəli orta məktəb
17.
Sumqayıt
Sumqayıt şəhər 11 nömrəli orta məktəb
18.
Sumqayıt
Sumqayıt şəhər 16 nömrəli orta məktəb
19.
Sumqayıt
Sumqayıt şəhər 28 nömrəli orta məktəb
20.
Sumqayıt
Sumqayıt şəhər 36 nömrəli orta məktəb
21.
Sumqayıt
Sumqayıt şəhər 38 nömrəli orta məktəb
22.
Sumqayıt
Sumqayıt şəhər 39 nömrəli orta məktəb
23.
Sumqayıt
Sumqayıt şəhər fars-ingilis təmayüllü orta internat-məktəbi
24.
Sumqayıt
Sumqayıt şəhər Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəb
25.
Sumqayıt
Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli orta məktəb
26.
Sumqayıt
Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli orta məktəb
27.
Sumqayıt
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya
28.
Sumqayıt
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb
29.
Tovuz
Tovuz şəhər A.S.Puşkin adına orta məktəb
 

 

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə