14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018 / 10:23

Hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması işi aparılır. Bu zaman müasir coğrafi informasiya sistemləri və informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir.

Əmlak Məsələləri Dövlət Komitəsidən Xeberler.az-a verilən məlumata görə, sistem müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayır.

Qeyd edilib ki, Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması zamanı sahəvi geodeziya işləri yerinə yetirilir. Ərazilərin məkan şəraitləri tədqiq olunur, inzibati ərazi dairələrinin sərhədləri xəritələşdirilir. Eyni zamanda vaxtilə torpaq islahatı işləri yekunlaşmamış ərazilərdə torpaq islahatları işi başa çatdırılır. Belə ki, kadastr uçotunun nəticələrinə istinad edilməklə, Xaçmaz, Siyəzən, İmişli, Beyləqan, Zaqataladan olan 4000-ə yaxın payçı ilə bağlı uzun illərdən bəri mövcud olan torpaq məsələləri öz müsbət həllini tapmışdır. Bundan başqa yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi məqsədilə də layihə həlləri hazırlanır.

Məlumata görə, 2017-ci ildə 18 rayonda çöl geodeziya ölçmə işləri yekunlaşıb. Bunlardan 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanmışdır. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması nəticəsində bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib.

Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmışdır. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında Azərkosmoc ASC-in kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bu imkanların tətbiqi ilə torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılır.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması çərçivəsində çöl torpaq və geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi, torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, 850 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 770 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılmışdır. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.