14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018 / 15:23

Məlum olduğu kimi, bir müddətdir torpaqların elektron kadastr uçotu işləri ilə bağlı işlər aparılır.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublika üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Bu işlərin həyata keçirilməsində beynəlxalq təcrübə öyrənilib və layihəyə işlərin icrası məqsədi ilə xarici şirkət cəlb olunub.

Xeberler.az-ın məlumatına görə, görülən işlər nəticəsi açıqlanıb.

Məlumara görə, 14 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb. Artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsinə start verilib.

Bu məqsədlə ilk dəfə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 12-də Salyan rayonunda “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Salyan rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat keçirilib.

Təqdimatda Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Salyan rayonunun bələdiyyə hüdudları daxilində 80 min hektara yaxın torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bunun da 40 min hektardan çoxu əkin, 569 hektarı çoxillik əkmələr təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 52 %-ni təşkil edir.

Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir. Uçot işinin nəticələri göstərir ki, rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlarda 69 hektar ərazidə 200-dən artıq qeyri-qanuni tikili vardır. Uçot prosesində həmçinin Salyan rayonunda 5000-dən artıq halda pay torpaqlarında normadan artıq torpaq sahələrinin istifadə edildiyi müəyyənləşdirilib. Həmçinin torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 35 min hektar əkin sahəsi olduğu halda, hazırda uçot əsasında 40 min hektardan çox əkin sahəsinin mövcudluğu aşkar edilib.

Qeyd edilib ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılmışdır. Belə ki, tədqiq olunan ərazilərin 15,1 min hektarında zəif, 12 min hektarında orta, 15 min hektara yaxınında isə şiddətli şorlaşma qeydə alınıb. Torpaqların keyfiyyət göstəricilərinə dair elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin mövcudluğu bu ərazilərdə hansı aqrokimyəvi və meliorativ təbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır.

Uçot işi nəticəsində hazırlanmış Salyan rayonun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.