15 yaşlı uşaq Apple məhsullarının kolleksiyasını yaradıb-Foto

04-05-2016 / 12:20

Hələ 15 yaşında olan Alex Jason özünə aid olan prototip məhsullarının da daxil olduğu Apple məhsullarının kolleksiyasını muzeydə sərgiləməyə hazırlaşır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Apple-ın məhsullarını daha kiçik yaşlarından istifadə edən Jason bu kolleksiyanı 10 yaşından  etibarən yığmağa başlayıb.

Alex bunlar üçün vəsaiti qonşularının bağçalarındakı otları biçərək qazanıb.

Onun kolleksiyasında PowerBook və  PowerMac-in bir çox seriyası, zamanın ən yaxşı oyun cihazlarından iMac G3,  Apple Newton MessaPad  kimi Apple məhsulları yer alıb.

Kolleksiyanı hər gün zənginləşdirən Alex-ə atası böyük dəstək olur.

Belə ki, oğlunun muzey qura bilməsi üçün işini  belə tərk edən Bill Jason muzeyin adını Maine Technology Museum qoymaq istədiklərini söyləyib.

 Alex-in kolleksiyasındakı bəzi məhsullar:

 

Bütün fotolara buradan baxa bilərsiniz. 

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə