157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016 / 14:12

Mobil cihazların qeydiyyatı ilə bağlı 157 Zəng (Çağrı) Mərkəzinin fəaliyyəti optimallaşdırılıb. Artıq vətəndaşlar mobil qurğuların IMEI kodlarının qeydiyyatı və itirilmiş telefonlarla bağlı yaranan bütün suallara 157 Zəng Mərkəzinə müraciət etməklə cavab tapa bilərlər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a bildirilib ki, nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Mobil cihazların qeydiyyat sistemi" üzrə daxil olan zənglərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha əvvəl fəaliyyət göstərən 1677 nömrəli məlumat mərkəzi 157 Zəng Mərkəzinə birləşdirilib.

Qeyd edək ki, bu nömrəyə zəng etməklə həftənin iş günləri saat 9:00-dan 18:00-a qədər məlumat almaq mümkündür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, MHM tərəfindən yaradılan "Mobil cihazların qeydiyyat sistemi" telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı funksiyasını yerinə yetirir.

Bu sistem vasitəsilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısı alınır.

Mobil cihazların IMEI kodları üzrə elektron qeydiyyat "www.e-gov.az" portalı,www.imei.az saytı üzərindən və ya poçt şöbələrində aparılır.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.