17 yaşındakı gənc Microsoft Excel çempionu oldu

12-08-2017 / 13:47

16  ilini qeyd edən və hər il təşkil edilən "Microsoft Office Specialist World Championship" in Excel sahəsində qalibləri məlum olub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Çempionatın birincisi Virciniyada yaşayan 17 yaşındakı John Dumoulin olub.

Qeyd edək ki, indiyə qədər bu yarışmada amerikalı iştirakçılar Word və Powerpoint kateqoriyalarında müvəffəqiyyət göstərməkdə idi. John Dumoulin isə 2001-ci ildən bəri keçirilən yarışmada Excel kateqoriyasında birincilik mükafatını alan ilk amerikalı olub.

Bir əvvəlki il ABŞ finallarında 3000 dollarlıq bir mükafat qazanan Dumoulin bu səfər 7000 dollarlıq birincilik mükafatını evinə aparıb.

Dumoulin Excel ilə maraqlanmağa orta məktəbdə başladığını deyib.

Dünya səviyyəsində keçirilən yarışda ən sürətli şəkildə ən doğru sənədi hazırlayan birincilik mükafatını qazanır.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə