19 manata Samsung J1 Ace qazanmaq imkanı

17-03-2016 / 19:22

Azercell  Novruz bayramı münasibətilə SimSim və eləcə də, Fakturalı Xətt  abunəçiləri üçün çox sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bayram ərəfəsində SimSim abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə Samsung J1 Ace mobil telefonu abunəçilərə təqdim olunur.

Kampaniya çərçivəsində Kombo 8 və ya Kombo 16 tariflərindən birinə qoşulmaqla abunəçilər Samsung J1 Ace modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər. Belə ki, abunəçilər Kombo 8 tarif paketinə qoşulmaqla 18 ay müddətində cəmi 19 AZN, Kombo16 tarif paketində isə cəmi 27 AZN ödəniş etməklə Samsung J1 Ace mobil telefonunu əldə etmək imkanı qazanırlar. Martın 16-dan etibarən Azercell diler şəbəkələrinə və eləcə də, Azercell Ekspres ofislərinə müraciət etməklə abunəçilər bu kampaniyadan yararlana bilər.

Azercell bütün abunəçiləri üçün də çox sərfəli bir kampaniya təqdim edir. Belə ki, 18 mart-18 aprel tarixlərində  Samsung S7 mobil telefonu  əldə edən abunəçilər növbəti 6 ay ərzində Azercell-dən 5GB mobil internet hədiyyə qazanacaqlar. Bonusu aktiv etmək ucun 5 yazıb 2525-ə göndərmək və ya telefonun ekranında *100*5#YES yığmaq lazimdir. Kampaniya Azercell Diler şəbəkələrində və eləcə də bütün Azercell Ekspres ofislərində keçərlidir.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə