193 Çağrı Mərkəzi fəaliyyətini davam edir

05-07-2018 / 10:28

Daşınmaz əmlakla bağlı bütün müraciətlərin operativ xidmət göstərən 193 Çağrı Mərkəzi fəaliyyəti davam edir.

Xeberler.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlak prosedurları ilə bağlı bütün müraciət və sorğuların cavablandırılması, vətəndaşlara hüquqi yardımların göstərilməsi 193 Çağrı Mərkəzi tərəfindən həyata keçirilir.

Mərkəzin mütəxəssisləri tərəfindən əmlakın özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı suallar operativ formada cavablandırılır.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində 193 Çağrı Mərkəzinə əksəriyyəti sorğu tipli olmaqla ümumilikdə 7132 müraciət daxil olub. Bunlardan 6,2 mindən yuxarı sorğu tipli müraciət dərhal cavablandırılıb, 600-ə yaxın müraciətin isə araşdırılması barədə vətəndaşa məlumat verilib. Bu müddət ərzində ən çox müraciət may ayında qeydə alınıb. Çağrı Mərkəzinə daxil olan müraciətlərin regionlar üzrə dinamikasına nəzər salsaq yarımil ərzində zənglərin 79%-i paytaxt Bakıdan, qalanları isə bölgələrdən daxil olmuşdur. Bu nəticəyə uyğun olaraq Komitənin fəaliyyəti ilə bağlı regionlarda məlumatlandırma tədbirlərinin keçirilməsi sakinlərin göstərilən xidmətlərə marağını artırmağa yönəlib.

Həmçinin yeni texnoloji imkanlardan istifadə edərək fəaliyyət göstərən Çağrı Mərkəzi daxil olan müraciətləri cavablandırmaqla bərabər, vətəndaşlar tərəfindən müxtəlif xidmətlərlə bağlı təklifləri də qəbul edir. Bu təkliflər komitə tərəfindən göstərilən xidmətlərin keyfiyyətlərinin daha da artırılmasına şərait yaradır.

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir.
Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, səlahiyyətlərinə uyğun keyfiyyətli xidmətlər göstərməsi ilə yanaşı, vətəndaş məmnunluğunu təmin etməyi fəaliyyətində əsas məqsəd hesab edirlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.