20 min dollar qazanmaq imkanı-Golden Byte

07-02-2018 / 17:19

Azərbaycanda Golden Byte-2018 beynəlxalq çempionatının seçim turları başlayıb.

Golden Byte nədir?

Çempionat artıq 10-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Bu il Azərbaycan artıq ikinci dəfə olaraq bu çempionatda iştirak edir, və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.

Ötən il ölkəmizi təmsil edən iştirakçılar vətənə 2 qızıl və 2 bürünc medalla qayıdıblar.

Xeberler.az bildirir ki, 2018-ci ildə iştirakçılara “Create the new world” mövzusunda aşağıdakı nominasiyalar üzrə mübarizə aparacaq:

-Startup Challenge – proqram lahiyələri müsabiqəsi.

-Networking Technologies – sistem inzibatçıları nominasiyası.

-Mobile Development – mobil proqramlar müsabiqəsi.

-Game Design – oyun yaratma müsabiqəsi.

-Character Design – oyun personajlarının yaradılması üzrə müsabiqə.

-Web Design – web-lahiyələr müsabiqəsi.

-Short Movie – qısa film müsabiqəsi.

-NoSQL Expert – məlumat bazaları ilə iş üçün proqram konkursu.

-Junior Competition – 10-17 yaşlı məktəblilər müsabiqəsi.

Yarışda qalib olanları 20 min dollar gözləyir.

Çempionatın təşkilatçısı peşəkar kompüter təhsili üzrə ixtisaslanmış beynəlxalq təhsil mərkəzi STEP IT Academy-dir. Akademiyanın dünyanın 4 qitəsinin (Avropa, Asiya, Qərbi və Şərqi Amerika) 16 ölkəsində 44 filialı fəaliyyət göstərir.

Öz layihənizi bu internet ünvanından qeydiyyatdan keçirə bilərsiniz - 

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.