200 min zərərli virus nümunəsi qeydə alınıb

06-03-2015 / 11:24

İspaniyanın “Panda Security” informasiya texnologiyaları (İT) şirkəti tərəfindən bu həftə təqdim edilən hesabata görə, 2014-cü il zərərli proqram təminatının sayına görə rekord il olub.

Xəbərlər.az Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən il ekspertlər tərəfindən 75 milyon kompüter virus növü aşkarlanıb. Bu göstərici “Panda Security” tərəfindən ötən il aşkarlanan zərərli proqram təminatının sayını iki dəfədən çox üstələyir. 2014-cü ildə gündə orta hesabla 200 min zərərli virus nümunəsi qeydə alınıb.

Zərərli proqram təminatı ilə bağlı son 25 il ərzində keçirilən tədqiqat zamanı şirkət ekspertləri 220 milyon zərərli virus aşkarlayıb. Bu sayın 34 faizi məhz 2014-cü ilin payına düşür. “Panda Security”nin texniki direktoru Luis Korronsun sözlərinə görə, 2015-ci ildə təhdidlərin sayının artacağı gözlənilir. “Bununla əlaqədar həm korporativ, həm də fərdi istifadəçilər onlara reaksiya verməyə hazır olmalıdır”, - texniki direktor vurğulayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.