2015-ci ilin ən yaxşı Android proqramları

07-12-2015 / 17:08

Android əməliyyat sisteminin yaradıcısı olan Google Android proqram mağazası- Google Play Store-da 2015-ci ilin ən yaxşı tətbiqlərinin adını açıqlayıb. 

Xeberler.az bu dəfə 2015-ci ilin ən yaxşı tətbiqlərinin siyahısını təqdim edir:

1.Busuu - Bir neçə dil öyrənməyinizə kömək edən proqramdır.

2.Djay - Telefonunuz ilə musiqiləri qarışdıra biləcəyiniz tətbiq ilə yeni musiqilər yarada biləcəksiz.

3.Colorfy - Sadə rəngləmə proqramı olan Colorfy ilə heç bir bacarığınız olmadan uğurlu rəngləmə əməliyyatı həyata keçirə bilərsiz.

4.Candy Camera - Effektləri ilə uğurlu şəkillər çəkə biləcəyiniz bir proqramdır.

5.TrueCaller- Bu proqram sizə bilmədiyiniz nömrələri öyrənib həmin zənglərə qadağa qoymağınıza kömək edir.

6.HD Wallpapers – Ağıllı telefonunuz üçün bir çox divar kağızı tapa biləcəyiniz tətbiqdir.

7.Skype -  Ödənişsiz zəng etmə və mesajlaşma proqramıdır.

8.Weather & Clock Widget – Hava proqnozlarını telefonunuzun əsas ekranında görməyinizə şərait yaradan tətbiqdir.

9.TouchPal - Emosiya klaviaturası olan TouchPal ilə mesajlarınıza rəng qata bilərsiz.

10.Dubsmash – Dublaj edə biləcəyiniz istifadəsi rahat olan proqramdır.

11.Twitch – Bu proqramda canlı oyun yayımları edilir. Proqrama daxil olmaqla oynanılan oyunlara baxa bilərsiz.

12.Microsoft Word -  kompüterdə daha çox istifadə olunan proqramı Android cihazlarda da rahatlıqla istifadə edə bilərsiz.

13.Google Translate – Ən yaxşı tərcümə proqramı hesab edilən Google Translate ilə asanlıqla sözləri tərcümə edə bilərsiz.

14.Google Picture – Bu proqram ilə limitsiz ehtiyat yaddaşında istədiyiniz qədər şəkil saxlaya və digər cihaz ilə həmin şəkilləri əldə edə bilərsiz.

15.Wikipedia – Saytın rəsmi tətbiqi ilə müxtəlif məlumatları öyrənə bilərsiz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə