2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

11-11-2015 / 12:18

2016-cı ildə istifadəçilər internetdə öz məlumatlarının təhlükəsizlik məsələlərinə daha məsuliyyətlə yanaşacaq və onlayn xidmət provayderlərindən daha etibarlı mühafizə tələb edəcəklər.

Xeberler.az məlumat verir ki, bu barədə Forrester Research analitik şirkətinin hesabatında deyilir.

Hesabata görə, istifadəçilərin elektron kanallar vasitəsilə məlumatlarını toplayan, saxlayan və istifadə edən müəssisələr kiberhücum riskləri ilə daha çox üzləşə bilərlər.  

Həmçinin onların servislərinin populyarlığı istifadəçilərin fərdi məlumatların mühafizəsini rahatlıqdan üstün tutmasına görə ziyan çəkəcək.

Şirkətlər resursların təhlükəsizlik səviyyəsini artırmaq üçün istifadəçilərə ödənişli servislər, məsələn, saytlara reklamsız və fərdi məlumatların yüksək səviyyədə mühafizəsi rejimində baxmaq imkanına abunə olmaq təklif edəcəklər. Tədqiqata görə, Facebook istifadəçiləri belə servisə görə ildə 30-60 dollar ödəməyə hazırdırlar. Kompüter istifadəçisi olan yaşlı amerikalıların 26 faizi artıq AdBlock reklam bloklama xidmətindən istifadə edir.

2016-cı ilin əvvəlində Avropa İttifaqı tərəfindən fərdi məlumatların mühafizəsi haqqında qanunu pozmağa görə yeni məsuliyyət normalarının təsdiq ediləcəyi gözlənilir. Yeni qanuna əsasən, normaların pozulmasına görə cərimə qlobal mədaxilin 5 faizini təşkil edəcək. ABŞ-da şirkətləri oxşar pozuntulara görə daha ciddi maliyyə sanksiyaları gözləyə bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.