2016-cı ilin büdcəsində rabitə xərcləri azalıb

17-09-2015 / 14:30

Məlum olduğu kimi, Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihəsi açıqlanıb.

Xeberler.az bildirir ki, 2016-cı ilin büdcəsində rabitə xərcləri cari illə müqayisədə azalıb.

Layihədən göründüyü kimi, 2016-ildə nəqliyyat və rabitə xərclərinə 114.8 manat vəsait proqnozlaşdırılıb. Ötən il isə bu rəqəm 128.3 milyon manat idi. Deməli, proqnozlaşdırılan rəqəm ötən illə müqayisədə 13.3 milyon manat, yəni təxminən 10 faiz azdır.

Qeyd edək ki, 2016-cı il üçün dövlət büdcəsinin layihəsi xam neftin 1 bareli 50 dollardan olmaqla hesablanıb.

Büdcə layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib.  

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.