2017-də kriptovalyuta startapları 6 milyard qazandı

01-02-2018 / 14:48

2017-ci ildə özlərinə maliyyə fondu tapmaq üçün kripto pul ilə bağlı layihə yaradan və bu işlərini invetsorlara təqdim startaplar 6 milyard dollar gəlir əldə edib.

Xeberler.az Fabric Ventures və TokenData tərəfindən edilən bir araşdırmaya istindən bildirir ki, 2017-ci ildə ICO əməliyyatları üçün düşərli olub.

Şirkətlər ötən il maliyyə yardımı toplamaq üçün öz kripto pullarını yenidən yayımlayıb.

Qeyd edək ki, Bitcoin kimi strukturlaşdırılmış bu kripto dəyərlərinin satışından əldə olunan gəlirlər layihələrlə maliyyələşdirilir.

TokenData-ya görə, 2017-ci ildə sahibkarlar tərəfindən qazanılan ICO əməliyyatlarının miqdarı 5,6 milyard dollardan çox olub.

Xatırladaq ki, 2016-cı ildə bu istiqamətdə qazanılan pul yalnız 240 milyon dollar idi.

Qeyd edilib ki, ötən il tamamlanan ICO əməliyyatlarının yalnız 48 faizi uğurla başa çatıb. Belə ki, 435 müvəffəqiyyətli ICO əməliyyatında ortalama 12,7 milyon dollar gəlir əldə edilib.

Ən yaxşı 10 ICO əməliyyatından əldə edilən gəlirin ümumi həcmi 1,4 milyard dollar olub. 

İlin ən böyük ICO-su isə Filecoin idi. Filecoin Blokzinciri əsaslı məlumat saxlama həlli ilə 257 milyon dollar toplaya bilib. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.