2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019 / 12:40

Ötən il IKT sahəsində yaddaqalan hadisələr :

  1. Azercell özəl şirkəti “dövlətləşdirildi”, hazırda bu dövlət şirkətinin səhmlərinin 51% -i NRYTN-nin AzİnTelecom qurumuna məxsusdur

  2. Azerspace-2 2-ci telekommunikasiya peyki orbitə çıxarıldı

  3. e-Gov sahəsində səlahiyyətlər ASAN-a ( VXSİ Dövlət Agentliyinə) verildi. ASAN 2.0-a start verildi. EHİM və İnnoland fəaliyyətə başladı.
    Prezident Administrasiyasında eGov və innovasiya ilə əlaqəli struktur yaradıldı.

  4. Fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyat rüsumları 30 dəfəyədək qaldırıldı. NK –nın bununla bağlı qərarının DGK tərəfindən icrası problemlər yaratdı, mobil telefonlar bahalaşdı, elektron ticarətin inkişafı ləngidi. DGK bu məsələdə Azərpoçtu itiham etdi, amma sonda DGK-nın bir qurp əməkdaşı qanunsuz telefon daşıyanlarla iş birliyinə görə korrupsiya tərəfidnən həbs olundu.

  5. Ötən il Prezident fərmanı əsasında vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandı. NRYTN bu vəsiqələrə elektron imza çiplərini yerləşdirdi. Amma indiyədək də bu vəsiqələrdəki elektron imza aktivləşdirilməyib.

  6. ASAN xidmətə aidiyyatı olmayan, xarici vətəndaşa məxsus olan ASAN imzadan aylıq istifadə haqı 150% qaldırıldı. Hazırda aylıq abunə haqqı 2.5 manatdır.

  7. SCADA və “Billing problemi”. Azerenerji-dəki 3 iyul qəzası zamanı ölkənin enerji sistemini real vaxtda avtomatik olaraq idarə etməyə imkan verən 55 milyon dollara başa gələn SCADA rəqəmsal sistemi çökdü. Iyul –avqust ayında Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün ciddi əsaslar yarandı. Azərişıq –ın “Ağıllı sayğac”ları müzakirə mövzusu oldu.

  8. MİDA –nın onlayn mənzil satışını həyata keçirən “Güzəştli mənzil sistemi”ndə ciddi problemlər yarandı. İlkin onlayn satışın nəticələri ləğv olundu. Yalnız 3-cü cəhddə, bir sıra dövlət qurumlarının və eGov-un dəstəyi ilə sistemi işlətmək mümkün oldu.

  9. Milli İnternet Mükafatı - MilliNet2018 keçirildi.

  10. Startap Azərbayan tərəfindən Startap Günləri və NRYTN tərəfindən “İdeyadan biznesə” startap turları keçirildi

  11. NRYTN tərəfindən Bakının 20 parkında "İctimai Wi-Fi” istifadəyə verilidi.

  12.  Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) həm Şurasında və həm də Komitəsində təmsil olundu.

  13. TexnoParkın və İT-nin İnkişafı Dövlət Fondunun əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında Prezident fərmanı verildi.

  14. “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı “Sofiya” robotu ASAN Xidmət Mərkəzinin açılışında və NRYTN –nin dəstəyi ilə keçirilən Keep Face tədbirində iştirak etdi .

  15. NRYTN –nin Baktelecom qurumu Bakı ətrafı ərazilərdə LTE və GPON texnologiyası əsasında internet, telefon və televiziya xidmətləri göstərməyə başladı. Dövlətə məxsus kabel-kanal sistemindən istifadə qaydaları hazırlanmadığından özəl provayderlərin bu sistemdəm istifadəsində problemlər həll olunmamış qaldı.

  16. Blockchain mövzusu gündəmdə oldu, bir sıra konfranslar və tədbirlər keçirildi.

    Osman Gündüz
    18.01.2019

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə