2019-cu ilin Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək

01-08-2015 / 18:25

Məlumat verdiyimiz kimi  hazırda Qazaxıstanın Almatı şəhərində Beynəlxalq İnformatika Olimpiadası keçirilir. Azərbaycanlı məktəblilərdən ibarət milli IOI (İnternational Olympiad in İnformatics) komandası 27-cı Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün Almatıya şəhərinə yollanıblar.

Xeberler.az-ın məlumatına görə, milli komandamıza informatika üzrə olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə və Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov rəhbərlik edir.

Komandanın tərkibində 4 məktəbli -  Elgün Cəbrayılzadə, Kamal Eyyubov, Rüstəm Ağayev və Şərif Əfəndi iştirak edir.

Xeberler.az-ın məlumat vermişdi ki, beynəlxalq yarışmanın Bakıda keçiriləcəyi haqqında danışıqlar aparılır.

Müzakirələrdən sonra 2019-cu ildə beynəlxalq yarışmanın  Bakıda təşkil olunacağı artıq qərarlaşdırılıb.

Bu barədə Xeberler.az-a orta məktəb informatika dərsliklərinin həmmüəllifi, informatik.az saytının rəhbəri Naidə İsayeva məlumat verib. 

Qeyd edək ki, Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada 1994-cü ildən iştirak edirlər. 1989-cu ildən başlayaraq İnformatika üzrə Beynəlxalq Olimpiada hər il və müxtəlif ölkələrdə keçirilir. İştirakçı ölkələrin sayı ildən ilə artır.

İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etmək üçün namizəd-ölkələr kifayət qədər mürəkkəb müsabiqə prosedurundan keçməlidirlər. Ona görə də hər il iştirakçıların sayı iştirak etmək istəyənlərin sayının çox olmasına baxmayaraq bir o qədər də artıq olmur.

Qeyd edək ki, hazırda Almatıda davam edən Olimpiada avqustun 2-də başa çatacaq.

 

Xeberler.az

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.