2020-ci ilə qədər elektron xidmətdən əhalinin 80 faizi istifadə edə biləcək

09-12-2012 / 15:03
2020-ci ilə qədər yüksək texnologiyalar əsasında məhsulların və xidmətlərin istehsalına 7 milyard dollardan çox vəsait qoyulacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri  Əli Abbasov  Azərbaycanda akkreditasiya olunmuş Avropa Birliyinin üzv ölkələrinin səfirləriylə görüşdə bildirib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin əsas hədəfi ölkə iqtisadiyyatının neft sektorundan asılılığının tədricən azaltmaqdır. Belə olan halda, göstərilən dövrdə (təxminən 20 mld. dollar) ÜDM-un  20 faizi informasiya-kommunikasiya  texnologiyaları sektorunun “çiyinlərində” olacaq. 
“Hökumət 2016-cı ilə qədər daxil olan trafikin minimal sürətini saniyədə 10 meqabit nəzərə almaqla genişzolaqlı internetdən istifadənin həcminin 85 faiz artımına nail olmaq istəyir. İKT sektorunun inkişafı üçün əlverişli şərtlərin yaradılması, rəqabətə davamlılıq mühitinin yaxşılaşdırılması, gömrük, vergi, pul-kredit və maliyyə-kredit siyasətinin yumşaldılması planlaşdırılır”- deyə nazir Əli Abbasov bildirib. 
O da qeyd olunub ki, 2020-ci ilə yerli hökumət bəzi rayonların yüksək dağ kəndləri sakinlərindən başqa ölkə əhalisinin 80 faizinin elektron xidmətlərdən istifadəsinə nail ola biləcək. Təxminən elə bu qədər elektron imza sahibləri  də tam ölçüdə “elektron hökumət”in xidmətlərindən istifadə edə biləcəklər. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə