23 Aprel - Ümumdünya əqli mülkiyyət günüdür

23-04-2009 / 13:09

\"Əgər Azərbaycan informasiya texnologiyaları sahəsində məhsulların ixracatçısı olmaq istəyirsə, o zaman yaxın illər ərzində ölkə əqli mülkiyyətin qorunması prosesinin fəal iştirakçısına çevrilməlidir. Bu, bizə əqli mülkiyyət hüququnun lazımi səviyyədə qorunmadığı ölkələrdə milli İT-şirkətlərimizin maraqlarını qorumağa imkan verəcək.\"- Bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov BMT-nin xüsusi qurumu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) himayəsi altında Ümumdünya əqli mülkiyyət günü kimi qeyd olunan 23 aprel tarixində bəyan edib.

Azərbaycanda informasiya texnologiyaları sahəsində əqli mülkiyyətin qorunması ilə bağlı hazırkı vəziyyət haqda Qaynar.info-ya danışan F. Kazımov onu birmənalı hesab etmədiyini qeyd edib.

\"Ölkədə əvvəlki kimi İKT sahəsində mövcud olan piratçılığın səviyyəsi 90 faizə çatır. Lisenziyasız məhsullarının ən fəal istifadəçiləri əhali və biznesdir, o cümlədən kiçik və orta biznes, bank sektoru və İKT sahəsinin müxtəlif seqmentləri.

Lakin, bununla yanaşı müsbət tendensiya da müşahidə olunur – ayrı-ayrı sahələrdə lisenziyalı proqram təminatının tətbiqinə başlanmışdır. Hal-hazırda məktəblərdəki kompüterlərdə lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bundan əlavə, “Xalq Kompüteri” layihəsi çərçivəsində təqdim olunan bütün kompüterlərdə də lisenziyalı proqram təminatı quraşdırılıb.\"- deyə F.Kazımov bildirir.

İKT İnformasiya Mərkəzinin direktoru bu halı irəliyə atılmış böyük bir addım adlandırır və Azərbaycanın Təhsil nazirliyi və proqram məhsullarının ən iri isethsalçısı Microsoft şirkəti arasında mövcud olan sıx əməkdaşlığının nəticəsi hesab edir.

F.Kazımov qeyd edir ki, Azərbaycanda əqli mülkiyyət hüququnun qorunması İKT sahəsinin inkişafının ən vacib tərkib hissələrindəndir: \"Yaxın illərdə Azərbaycan istehsal etdiyi yüksək texnoloji məhsulların həcmini dəfələrlə artırmağı planlaşdırır.

Bu faktoru nəzərə alaraq, ölkədə əqli mülkiyyətin qorunması üzrə keyfiyyətli sistem qurmaq zəruridir, çunki İKT kimi bir sahədə “mülkiyyət” anlayışı ən başlıca əhəmiyyət daşıyır. Bu, bizə nəinki ümumdünya İT-isethsalçılarının, hətta milli proqram istehsalçıların maraqlarını qorumağa imkan verəcək.\" Qaynar.info


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə