3-cü qrant müsabiqəsinin qalibləri açıqlanacaq

05-01-2016 / 15:32

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsi davam edir.

Müsabiqə çərçivəsində Fonda 138 layihə təqdim edilib.  Layihələr Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada təqdim olunub.

Xəbər verdiyimiz kimi, ekspertlər tərəfindən layihələrin ilkin ekspertizası başa çatdı və 103 layihə bu mərhələdən keçərək  nəticələri sistemləşdirilib, kompleks ekspertizaya göndərildi.

Əldə etdiyimiz məlumata görə, artıq kompleks ekspertiza da bitib. Layihələrinin qiymətlətləndirilməsi başa çatıb.

Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək.

 Kompleks ekspertizanın nəticəsini özündə əks etdirən rəy, arayış və tövsiyyələr Fonda təqdim ediləcək və layihələr Müşahidə Şurasına təqdim ediləcək.

Məlumatımıza görə, 3-cü qrant müsabiqəsinin qalibləri yanvarın sonuna qədər elan oluncaq.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə