30 milyondan çox Playstation 4 satılıb

25-11-2015 / 16:19

2013-cü ildə təqdim edilən  Playstation 4 oyun  konsolu  bazarında hazırda Microsoft-un sahibi olduğu Xbox One və Nintendo-nun Wii U oyun konsolu ilə  ciddi rəqbət aparır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Sony bu günə qədər satılan Playstation 4-lə bağlı statistikanı açıqlayıb.

Məlumatda qeyd edilir ki, 2013 –cü ilin noyabr ayından bu ilin noyabrına qədər 30,2 milyon  Playstation 4 satılıb.

VGChartz-ın  yayımladığı  bir başqa hesabata görə, 15,6 milyona yaxın Xbox One ,  10,9 milyon isə Nintendo Wii U satılıb.

Sony Computer Entertainment-ın  direktoru  Andrew House bu münasibətlə Playstation 4- ü tərcih eden bütün oyun həvəskarlarına təşəkkür edib.

Direktor onu da qeyd  edib ki, yeni nəsil oyun konsolları 2018-ci ildə təqdim ediləcək.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə