350 azərbaycanlı tələbə İT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır

13-09-2018 / 17:45

Hazırda dövlət xətti ilə 350 azərbaycanlı tələbə IT ixtisasları üzrə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır.

Xeberler.az  bildirir ki, bunu 18-ci IFAC – TECIS beynəlxalq konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazirin sözlərinə görə, ölkə universitetlərində ənənəvi və peşəkar tədrislə yanaşı, həmçinin mühəndislik, elektronika və robot texnikası, intellektual sistemlər, biliklərin idarə olunması və digər istiqamətlər üzrə bakalavr və magistr dərəcələrində kadrlar hazırlanır.

R.Quluzadə əlavə edib ki, Azərbaycanda elm və yüksək texnologiyaların inkişafına dəstək göstərən bir sıra fondlar fəaliyyət göstərir. Bunlar arasında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Elmin İnkişafı Fondunu göstərmək olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.