37 dollarlıq Nokia telefonu təqdim olunub

25-08-2015 / 19:40

Microsoft şirkəti öz smartfonlarında Nokia adından istifadədən imtina etsə də, amma əvvəlki kimi bu brend altında adi mobil telefonlar buraxır.

Xeberler.az xarici mətbuta istinadən məlumat verir ki, 320 x 240 piksel (QVGA) təsvir ölçüsünə malik 2,4 düymlük maye kristal ekran, 2 meqapiksellik kamera və Nokia Series 30+ əməliyyat sistemi ilə təchiz edilən Nokia 222 mobil telefonu təqdim olunub.

Bundan başqa, qurğu microSD yaddaş kartları üçün 32 qiqabaytlıq slot, daxili fənər, FM radioqəbuledici, 1100 milliamper/saat tutumlu akkumulyator batareya və SLAM funksiyasını dəstəkləyən “Bluetooth 3.0” simsiz rabitə modulu ilə təchiz edilib.

Mobil telefon danışıq rejimində 20 saatadək, gözləmə rejimində 29 günədək işləyir.

Nokia 222 mobil telefonunun SIM kartlar üçün həm bir, həm də iki slota malik modelləri satışa çıxarılacaq. Hər iki model 2015-ci ilin sentyabrında əlçatan olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə