3786 ədəd mobil nömrə daşınıb

21-04-2015 / 17:08

Tənzimləmə fəaliyyəti istiqamətində işlər hesabat dövründə də davam etdirilib. Mobil nömrə daşınması xidməti üzrə bu  ilin birinci rübündə 3786 ədəd mobil nömrə daşınıb. Eyni zamanda, mobil cihazların qeydiyyat sistemində isə 201 mindən çox mobil cihaz qeydiyyata alınıb.

Xəbərlər-in məlumatına görə, bu dövr ərzində müxtəliftipli avadanlıqların mülki dövriyyəsinə 78 ədəd, müxtəliftipli telekommuni­kasiya vasitələri və qurğularına 335 ədəd "Uyğunluq sertifikatı" verilib.

Rüb ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 1 dövlət informasiya ehtiyatı və 6 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınmış və nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 79-a, informasiya sistemlərinin sayı isə 159-a çatıb. 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə