4 mindən çox müəllim İKT təlimlərində qiymətləndirilib

27-11-2015 / 11:17

Pedaqoji heyətin İKT üzrə savadlılığının artırılması sahəsində keçirilən təlimlərin nəticəsi olaraq 4 mindən çox müəllim təlimdən keçərək qiymətləndirilib.

 Bu barədə Xeberler.az-a Təhsil  Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki,  müəllimlərin  sinif otaqları noutbuk, elektron lövhə və proyektorlarla təchiz edilib.

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq müəllimlərin İKT bacarıqlarının artırılması istiqamətində davamlı olaraq ümumi respublika üzrə təlimlər keçirilir.

“ 1 şagird:1 kompüter ” layihəsi çərçivəsində məktəblərə verilmiş şagird netbukları və planşetlərdən istifadə olunması ilə bağlı mütəmadi təlimlər təşkil olunur və müəllimlərə bu texnologiyalardan istifadə üsulları ilə bağlı xüsusi dərslər keçirilir.

Bu təlim paketlərində  müxtəlif veb alətlər və kompüter proqramlarından istifadə qaydaları öyrədilir. Bu təlimlərlə yanaşı müəllimlər üçün  İnteraktiv lövhələrdən istifadə, kimya,biologiya, fizika, informatika fənlərində istifadə etmək üçün laboratoriya avadanlığı sayılan Labdisc avadanlığının təlimləri keçirilir.

 

Ruhəngiz Muradova 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.