430 milyondan çox unikal təhlükəli proqram nümunəsi aşkar edilib

13-04-2016 / 19:52

2015-ci ildə sıfır gün boşluğu (zero day) orta hesabla həftədə bir dəfə qeydə alınıb. Sıfır gün boşluğu aradan qaldırılmayan boşluqlar, həmçinin qoruyucu mexanizmləri olmayan təhlükəli proqramları ifadə edən termindir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  Symantec şirkəti tərəfindən dərc edilmiş “İnternetdə təhdidlər” haqda hesabata əsasən, 2015-ci ildə hakerlər tərəfindən istifadə edilən boşluqların sayı 2 dəfə artıb.

2015-ci ildə mütəxəssislər 430 milyondan çox unikal təhlükəli proqram  nümunəsi aşkar ediblər. 2014-cü illə müqayisədə sıfır günü boşluğunun sayı (54) 125% artıb. Beləliklə, istifadəçilərə qarşı hücumlar zamanı istifadə edilən eksploit orta hesabla həftədə 1 dəfə qeydə alınıb.

Boşluqların əksəriyyəti Internet Explorer və Adobe Flash Player proqram təminatlarında aşkarlanıb. 5 ən geniş yayılmış sıfır günü boşluğundan 4-ü məhz Flash Player proqram təminatının payına düşür. Bu boşluqlar müxtəlif eksploitlər dəstinə daxil edilərək zərərli proqram təminatının yayılmasında istifadə olunub.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.