481 itmiş sənəd tapılıb

23-10-2017 / 13:00

Məlumat verdiyimiz kimi, bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt Poçtap xidməti istifadəyə verdi.

Belə ki, Poçtap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidməti təqdim edir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir.

İndiyə qədər Poçtap sistemində 481 itmiş sənəd qeydə alınıb.

Bu barədə Xeberler.az-a Azərpoçt-un mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, tapılan sənədlərdən 157-si sahiblərinə qaytarılıb. Sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 13-ü isə Azərpoçt-un filiallarında qalır.

Məlumata görə, sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olur.

İtirilmiş sənədlər Poçtap sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.