4D-çap texnologiyası yaradılıb

06-05-2015 / 13:18

Müasir 3D-printerlər oyuncaq, silah, ərzaq və ya fərdi protezlər kimi müxtəlif predmetlər yaratmağa imkan verir.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Avstraliyanın Vullonqonq Universitetinin alimləri bu sahədə mövcud texnologiyanı təkmilləşdirərək 4D-çap texnologiyasını yaradıblar.

Real obyektlərin yaradılması üçün 4D-çap texnologiyası dedikdə üç ölçü ilə yanaşı, dördüncü ölçü - vaxt amili də nəzərdə tutulur.

4D-printer obyekti 3D-printer kimi qat-qat çap edir. Lakin çap üçün plastik kütlədən deyil, digər materiallardan istifadə olunur.

Avstraliya alimləri təcrübə üçün xarici amillərin təsiri altında öz həcmini dəyişdirmək qabiliyyətinə malik olan hidrogeldən istifadə ediblər.

Onların fikrincə, yeni texnologiya geniş tətbiq perspektivlərinə malikdir və yaxın gələcəkdə dünyanı dəyişdirəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə