5 dildə Qarabağdan bəhs edən sayt istifadəyə verildi

22-09-2015 / 14:38

Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sayt (www.dailykarabakh.com) hazırlanıb.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanmış “www.dailykarabakh.com” saytının sentyabrın 22-də təqdimatı olub.

Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev təqdimat mərasimində çıxış edərək deyib ki, saytın hazırlanmasında məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu, problemin həlli istiqamətində görülən işlərlə bağlı materiallar yerləşdiriləcək. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulan bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə