5 qurum itirilmiş sənədlərin tapılmasına dəstək göstərəcək

14-03-2017 / 14:22

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoç-un reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən Poçtap sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, memorandum Bakı şəhər Baş Polis İdarəsi, Bakı Metropoliteni, Təmiz Şəhər , Bakubus və  Azərpoçt arasında imzalanıb.

Müqaviləyə əsasən,  adıçəkilən qurumlar Poçtap xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkasasiyasına təhvil vermək, eləcə də, vətəndaşları Poçtap xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.

Məlumat üçün bildirək ki, Poçtap xidməti çərçivəsində tapılmış sənədlər poçt müəssisələri və Şəbəkə xidmət mərkəzləri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir.

Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də Şəbəkə  xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı halda telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır. 

Eyni zamanda, sənədini itirmiş şəxs Poçtap xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, 169 saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı halda itirilən sənədi axtarışa verə bilər.

Sənədi  tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sonra sənəd təyinatı üzrə aidiyyəti orqana (Daxili İşlər, Xarici İşlər, Təhsil Nazirliklərinə və.s) təqdim edilir.

Poçtap xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və Şəbəkə xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.