50 minədək Nar abunəçisi bu paketə qoşulub

13-04-2018 / 20:55

Nar-ın sərfəli “Full” paketlərindən istifadə etmiş abunəçilərin sayı qısa müddət ərzində 50 minə çatıb.

Sərfəli qiymətə ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Xatırladaq ki, Nar-ın təqdim etdiyi “Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “yanmayan” bonuslar təcrübəsinə əsaslanır. Belə ki, keçirilmiş çoxsaylı sorğular və abunəçilərin istəkləri əsasında bonusların yanmaması və bir sonrakı aya keçirilməsi təmin edilib. Abunəçilərin sorğularına əsasən, bonusların toplanmasından başqa, həm də qalıq bonusların dəyişdirilməsi funksiyası – “Exchange” təklifi irəli sürülüb.

Beləliklə, “Full” paketlərinin daha bir özəlliyi Nar abunəçilərinin dəqiqələri meqabaytlara və ya, əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahib olmalarıdır. Bununla daha bir ilkə imza atmış Nar artıq “Full” paketlərinin istifadəçilərinə öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları digər bonuslarla dəyişmək fürsətini də verib. “Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə bilir.

Rominqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Belə ki, Türkiyə və ya İranda rominqdə olan Nar istifadəçiləri 2 GB-dək internet bonusu əldə edirlər.

“Full” paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.