50 tələbə startap proqramına qəbul edilib

07-01-2016 / 12:51

Türkiyədə startaplara dəstək göstərən Sahibkarlıq ( Startap ) Fondu  ölkədə universitet tələbələrinə yönəlik Fellow Programı-nın 2015 ilinə aid nəticələrini açıqlayıb.

Xeberler.az Türkiyə KİV-lərinə istinadən məlumat  verir ki, ötən il proqrama rekord sayda müraciət edilib.

Belə ki, hesabatda qeyd edilib ki, 30 minə yaxın gənc startapla bağlı proqrama müraciət edib.

2014-cü  ilində yaradılan Fondun ilk ilində qəbul etdiyi müraciət sayı təxminən 6 min 400 olub.

30 min müraciət arasından sahibkarlıq ( startapçılıq) bacarığına malik 50 universitet tələbəsini 2015 Fellow Programı-na qəbul edən Fondun üzvlərinin sayı  80-ə çatıb.

Seçimlərdə ən maraqlı nəticə isə gender balansının pozulmaması olub.

Baxmayaraq ki, 2015-də müraciət edənlərin yüzdə 40-ı qadın, yüzdə 60-ı   kişi olub.

Lakin bu balans indi tam eyni olub, yəni üzvlərin 40-ı qadın, 40-ı kişidir.

 2014-cü ilin aprel ayında  türkiyəli iş adamları tərəfindən yaradılan Sahibkarlıq ( Startap) Fondu əhalisinin yarıdan çoxu gənc olan ölkədə sahibkarlıq mədəniyyətinin inkişafı üçün gənclər ilə birgə işləyir. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.