500 milyon istifadəçinin hesabına müdaxilə edən haker həbs olundu

30-05-2018 / 14:58

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Rusiyanın gizli təşkilatlarına çalışdığı müəyyən edilən haker, məhkəmə qərarı ilə 5 il həbs cəzasına məhkum edilib.

Nəhəng ölçüdəki Yahoo datalarına girişi təmin edərək, bir çox istifadəçinin mail hesablarına daxil olmağı təmin edən və bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinə  (FSB) satdığı iddia edilən qazaxıstan əsilli Kərim Baratov, 5 il müddətinə həbsə məhkum edilib.

Çərşənbə axşamı məhkəmə tərəfindən həbsi qərara alınan 23 yaşınlı hakerin cəzası bununla da bitmir. Məhkəmə, 2014-cü ildə 500 milyon adamın mail hesabına müdaxilə edilməsindən məsul tutulan FSB təşkilatından Dmitri Dokuçayevlə iş birliyi edən Karim Baratovu ayrıca 2.25 milyon dollarlıq maddi təzminata məhkum edib. Baratov bu cəzanı ödəməyi qəbul edib.

Qeyd edə ki, FTB(Federal Təhqiqat Bürosu)-nin San-Fransiskodakı mərkəzi tərəfindən həyata keçirilən əməliyyatın yekunlaşması və Baratov-un tutulması tam 2 il çəkib. Hadisə Amerikanın tarix boyunca qarşılaşdığı ən böyük haker iddiası olaraq xarakterizə edilib.

Baba-zadə Sevinc


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.