“500 Startups” Türkiyədə hansı startaplara yatırım edəcək?

23-10-2015 / 16:00

Bir müddət əvvəl məlumat vermişdik ki, San-Fransiskoda başlanğıc mərhələsindəki startaplara dəstək olan yatırım şirkəti “500 Startups” Türkiyə üçün 15 milyon dollarlıq  fond ayırıb.

Xeberler.az–ın məlumatına görə, “Webrazzi Summit 2015”  konfransında fondun ilk yatırım edəcəyi startapların adları açıqlanıb.

İlkin məlumatlara görə, şirkət 12 startap layihəsinə yatırım edəcək.

“500 Startups”ın Türkiyə yatırım  tərəfdaşı olan Erhan Erdoğan  konfransda bildirib ki,  ilk sosial yönümlü layihə -"BinYaprak" üçün  yatırım edəcəklər. 

Həmçinin Webrazzi Arena-nın ilk 3  startapı  (Twentify, Evreka, Segmentify) üçün də yatırım  edəcəklərini açıqlayıb.

Qeyd edək ki,  “500  Startups” İstanbuldakı fondundan bu layihələrə 50, 100 min dollar arasında yatırım etməyi düşünür.

Bununla yanaşı, Erasmusinn  və Volt startapçıları üçün də  "500 Startups" investisiya ayırıb.

15 milyonluq 500 İstanbul fondun dekabrda  bağlanılması planlaşdırılır.

Qeyd edilən məlumatlara görə,  fondun ayırdığı məbləğlə bu il 30 startap layihəsinin yaradılması nəzərdə tutulub. 

Erhan Erdoğan bu sayın 50-yə çatdıralacağını vurğulayıb.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.