500 Startups Türkiyədə hansı startaplara yatırım edib?

08-09-2016 / 15:41

Məlumat verdiyimiz kimi, ötən il, oktyabr ayında  dünyada startap layihələrinə erkən mərhələ investisiya edən məşhur  şirkət 500 Startups Türkiyə bazarına da daxil oldu.

 Aradan keçən bir il içində bəzi investisiyalar (Carbon və Skyfunnel) elan edən 500 İstanbul bu gün etibarilə 15 milyon dollarlıq fondu ilə  rəsmi olaraq aktiv fəaliyyətə başladı və saytında 5 startapın adını açıqladı.

Xeberler.az bildirir ki, şirkət 500istanbul.co ünvanında qrup üzvləri və bu günə qədər həyata keçirdiyi 5 investisiya barədə məlumat  açıqlayıb.

Carbon və Skyfunnel-a  əlavə olaraq Plum, Mall IQ və MovieLala da  500 İstanbul-un investisiya etdiyi ilk 5 startap arasındadır.

500 İstanbul fondunun hazırda idarəçiləri arasında  Rina Onur, ortaq olaraq Enis Hull və məsləhətçi olaraq Silikon Vadisində yaşayan Erbil Karaman da var.

Rina Onur qeyd edib ki, 500 İstanbul Türkiyə bazarında uğurlu fəaliyyət göstərir.

O deyib ki, Türkiyədəki ilk San Francisco əsaslı fond olmaqları  üçün Türkiyə və Silikon Vadisi ekosistemi arasında gözəl bir körpü yaratmağı planlaşdırırlar:

“Çünki Türkiyədə startap komandaları doğru istiqamətləndirmə və maliyyələşdirmə baxımından böyük potensiala sahibdir. Burdan qlobal bazara çıxa biləcək ideyaları və  startap komandalarını tapmaq niyyətindəyik".

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə